Azərbaycan futbolçusu Türkiyədə çempionluğa əsas namizədlərdən olan kluba transfer edildi

Polşanın “Legiya” klubuna geri dönmək istəməyən futbol üzrə Azərbaycan yığmasının üzvü Mahir Emreli karyerasını Türkiyədə davam etdirəcək.

24 yaşlı hücumçu Super Liqa təmsilçisi “Başakşəhər”lə anlaşıb. Emre Beleoğlunun çalışdırdığı İstanbul klubu Emreli ilə danışıqlarda müsbət nəticə əldə edib.

Komandanın baş məşqçisi Emre ilə görüşən Mahir öz şərtlərini irəli sürərək istəyinə nail olub. Millimizin forvardı ilə razılığa gələn “Başakşəhər” rəhbərliyi “Legiya” ilə təzminat məsələsini həll etmək öhdəliyini də öz üzərinə götürüb.

Qeyd edək ki, hazırda “Başakşəhər” Super Liqada çempionluğa əsas namizədlərdəndir və 20 turdan sonra 34 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Klub daha öncə 1 dəfə Türkiyə çempionu olub.

Related posts

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Xırdalanda həyəcanlı anlar: Qadın özünü binadan atdı – VİDEO

Bakıda 9 maşının iştirakı ilə dəhşətli qəzanın görüntüləri – FOTO/ANBAAN VİDEO