Bəhreynli fəal: Həbsxanada olan uşaqların ailələri ilə görüşünə icazə verilmir

QafqazTimes xəbər verir ki, bəhreynli fəal İbtisam əl-Sayeq ölkədə Ali-Xəlifə rejimi tərəfindən uşaq və yeniyetmələrin saxlanmasını sərt şəkildə tənqid edib.

Əl-Sayeq Fars Xəbər Agentliyinə bildirib ki, Bəhreyndə işgəncə otaqlarında qadınlar da kişilər kimi cəzalandırılır.

O, sözlərinə belə davam edib: “Bəhreyndə bir qadın ola bilər ki, bəzi hüquqlarını əldə edib parlamentdə təmsilçi ola bilsin, lakin onun seçimi yoxdur. Qadınların çoxlu potensialı var və onlardan lazımi yerdə istifadə etsək, kişilərdən daha layiqli olduqlarını görərik.”

Bəhreynli fəal ölkədə qadınların hələ də təcrid vəziyyətində olduqlarını və hətta övladı üçün bank hesabı belə aça bilmədiklərini qeyd edərək, bildirib ki, Bəhreyndə kişi hər şey edə bilər, ancaq qadın öz uşağına vətəndaşlıq belə ala bilməz.

Əl-Sayeq qeyd edib ki, qadınlar bəzi vətəndaşlıq hüquqlarına malik deyillər, o cümlədən siyasi məhbusun arvadı olduqları halda mənzil almaq hüquqları yoxdur. Bir çox qadın siyasi səbəblərə görə mənzil hüququndan məhrum edilib.

O, Bəhreyndə həbsdə olan uşaq və yeniyetmələrin vəziyyətindən danışarkən deyib: “Bu insanların yaşı 15-dən çox deyil. Ötən il eyni ailədən olan 3 uşaq həbs olunmuşdu. Müxalifət mənbələri 500-dən çox uşağın rejim həbsxanalarında saxlanıldığını bildirir.”

Əl-Sayeq həmçinin qeyd edib ki, 18 yaşına çatmamış yeniyetmələrin həbsdə saxlanması və ailələrindən ayrılması onların gələcəkləri üçün ağır nəticələrə gətirib çıxaracaq. Onlardan bəziləri iki aya yaxındır ki, ailələri ilə görüşmək imkanından məhrum ediliblər.

Related posts

General-mayor Salami: Aralıq dənizinin şərqini düşmən  yolunu kəsəcəyik

Bu il həcc…

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır