Bəhram Bağırzadənin internetdə yayılan videosu etirazla qarşılandı (Video izlə)

Əməkdar artist Bəhram Bağırzadənin sosial şəbəkə hesabındakı son paylaşımı etirazla qarşılanıb.

O, küçədə duran bir şəxsə “camaata məsləhətin nədir” sualı ilə yaxınlaşıb.

Həmin şəxsin çəkilişə icazə verməməsinə baxmayaraq, Bağırzadə onun sözlərinə məhəl qoymayıb, çəkilişinə davam edib və üstəlik həmin görüntüləri instaqram səhifəsində paylaşıb.

Əməkdar artistin bu hərəkəti kəskin tənqid olunub. Yazılan saysız-hesabsız tənqidi şərhlərdən sonra B. Bağırzadə sözügedən paylaşımı silməli olub.

Belə ki, B. Bağırzadə etik qaydalara və media standartlarına əks olaraq həmin şəxsin üzünü açıq paylaşıb.

Videonu sözügedən şəxsin üzünü göstərmədən təqdim edirik:

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir