Ənsarullah Rəhbəri: Yəməndəki işğalçılar sionist düşmənlə barış siyasətinin idarəçiləridir

QafqazTimes xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədruddin əl-Husi cümə axşamı günü İb vilayətinin yüksək səviyyəli rəsmiləri və şəxsiyyətlərindən ibarət nümayəndə heyəti ilə görüşündə deyib: “Ümid edirik ki, “İb” əyaləti boşluqları dolduracaq və dostluq körpülərini genişləndirəcək həmrəylik modeli təqdim edəcəkdir.”

Düşmənlərin hər hansı bir şəkildə ixtilaf salmağa və nifaq yaymağa çalışdıqlarını deyən Əl-Husi, əlavə edib: “Biz hakimiyyət orqanları arasında dostluq və əməkdaşlıq yolu ilə İb vilayətində təhlükəsizlik və sosial sabitlik üçün çalışmalıyıq.”

Əl-Husi həmçinin deyib : “Düşmənlər atəşkəsin kölgəsində öz qüvvələrini hazırladıqlarını və bərpa etdiklərini elan edirlər və bu, onların növbəti mərhələyə yönəldiyini göstərir və düşmənlərin növbəti mərhələ üçün son hazırlıqları onların əvvəlki mərhələdəki uğursuzluqlarından xəbər verir.”

Yəmənin devrilmiş prezidenti Mənsur Hadinin təcrid olunmasına toxunan əl-Husi deyib: “Düşmənlər öz agentlərindən birini xalqın üzərinə sırımaqdan məyus olduqda onu alçaldıcı şəkildə uzaqlaşdırdılar. Yəmən xalqına bir ovuc cinayətkar, satqın bir rəhbər gətirmək istəyirdilər ki, onlar yadellilərin seçimi idilər.

Ənsarullah lideri sionist rejimlə münasibətlərin normallaşdırılmasını bölgəni İsrailə təhvil vermək üçün bir plan olduğunu bildirərək deyib: “Bizə qarşı düşmənçilik və təcavüz planını cızanlar düşmən İsraillə normallaşma kampaniyasını idarə edənlərdir. Düşmənin məqsədi odur ki, millətimiz bütün birlik və həmrəylik amillərini itirsin ki, ona asanlıqla hakim ola bilsin.”

Related posts

İran Prezidenti Rəisinin qəzaya uğramış helikopterinin qalıqları tapılıb

ABŞ-ın əsil siması

İsraillə dostluq baha başa gəlir