BƏƏ-nin beynəlxalq hava limanları ciddi təhlükə altındadır

QafqazTimes xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü bazar ertəsi günü işğalçı ölkələrə, xüsusilə də təkfirçi-sələfi qüvvələrini Yəmənin cənubuna köçürən BƏƏ-ə bir sıra xəbərdarlıqlardan sonra bu təcavüzlərə cavab olaraq bu ölkəyə qarşı “Yəmən tufanı” əməliyyatı keçirildiyini elan edib.

“Yəmən Tufanı” adlanan bu əməliyyat zamanı Yəmən Ordusunun raket və İHA birlikləri müştərək əməliyyatda Əbu-Dabi və Dubay Beynəlxalq Hava Limanları, Əl-Musaffah Neft Emalı Zavodu və BƏƏ-dəki bir sıra mühüm ərazi və obyektləri 5 ballistik raket və bir neçə PUA ilə hədəfə alıb.

BƏƏ ilkin bəyanatında iddia edib ki, insident nəticəsində Əl-Musaffah bölgəsində yanğın baş verib, nəticədə bir pakistanlı və iki hindistanlı ölüb, altı nəfər isə yaralanıb. Aviaşirkətlərin monitorinq saytlarından alınan məlumatlar da həmçinin Abu Dabiyə bəzi uçuşların ləğv edildiyini göstərir.

Bloomberg Xəbər Agentliyi isə Cənubi Koreya prezidentinin ofisinə istinadən onun dünən günorta saatlarında Əbu-Dabi vəliəhdi Məhəmməd bin Zayed və Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini ilə görüşünün planlaşdırıldığını və bu görüşün “gözlənilməz hadisələrə görə” ləğv edildiyini bildirib. KİV-in məlumatına görə, bu məsələ məhz Yəmənin BƏƏ-ə hücumu nəticəsində yaranan təhlükəsizlik məsələləri ilə bağlı olub.

Yəmən rəsmilərinin bu təcavüzlərə son qoyulmadığı təqdirdə növbəti əməliyyatların daha da şiddətli olacağını vurğulamasını nəzərə alsaq BƏƏ-nin mühüm strateji obyektləri, xüsusilə də beynəlxalq hava limanları ciddi təhlükə ilə üz-üzədir. Bu isə bu ölkəyə səfər edən turistlərin həyatını ciddi təhdid edir.

Related posts

ABŞ-ın əsil siması

İsraillə dostluq baha başa gəlir

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO