Azərbaycanda həkimlər və xəstələr birlikdə etiraz aksiyası keçirdi – FOTO

Bakı xəstəxanasında etiraz aksiyası keçirilib.

“Azərsu-tikinti” xəstəxanasında keçirilən aksiyada həkimlərlə yanaşı xəstələr də iştirak ediblər.

Aksiyaçılar xəstəxananın fəaliyyətinin dayandırılmasına etiraz ediblər.

“Nizami Tibb Mərkəzi” PHŞ-dan bildirlib ki, hemodializ şöbəsi yerində saxlanılmaqla, 9 stasionar cərrahi əməliyyatla məşğul olan həkim-mütəxəssis, o cümlədən 4 cərrah, 3 həkim-ginekoloq, 2 lor həkimi fəaliyyətini Sabunçu Tibb Mərkəzində davam etdirməsi nəzərdə tutulub .

Digər tibbi heyət, o cümlədən nevroloji, terapiya, qəbul, reanimasiya, laboratoriya şöbələri Nizami Tibb Mərkəzinin yeni binasına köçürüləcək və fəaliyyətlərini orada davam etdirəcəklər. Qeyd edək ki, sözügedən məsələlər ştat cədvəlinin tərtibatı zamanı nəzərə alınıb.

Related posts

İsraillə dostluq baha başa gəlir

Neftçalada üzərində güllə izi olan insan sümüyü tapıldı – FOTO

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO