Ayətullah Sistani Kabildə qızlar məktəbinə edilən terror hücumunu kəskin şəkildə qınadı

Qafqaztimes xəbər verir ki, İraq şiələrinin ali dini mərcəsi Ayətullah Seyyid Əli Sistani, Kabildə “Seyyid əş-Şuhada” orta məktəbinə edilən terror hücumunu kəskin şəkildə qınayan və məzlum Əfqanıstan xalqına və qurbanların ailələrinə başsağlığı bildirən bir bəyanat verib.

Bəyanatın bir hissəsində deyilir: “Mübarək Ramazan ayında Kabildəki Seyyid əş-Şuhada” orta məktəbinin çox sayda qız şagirdini qanına qəltan edən və onlarla nəfərin şəhid olması və bir çoxlarının yaralanması ilə nəticələnən dəhşətli cinayət hər bir azad və vicdanlı insanın ürəyini ağrıdaraq kədərlə doludur.”

Ayətullah Sistani, Əfqanıstandakı mövcud çətin vəziyyətə və ekstremist qrupların güc qazanma ehtimalını görə ölkədəki bütün etnik qrupları və millətləri milli birlik və həmrəyliyə dəvət edərək, hökuməti, milli və dini liderləri, əfqan cəmiyyətinin böyüklərini, bu terror qruplarının cinayətlərinə qarşı mülki insanlara, xüsusilə etnik və dini azlıqlara dəstək verməyə çağırdı.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur

İsrail “Gideonun Arabaları” əməliyyatı zəiflədikcə şimal Qəzzadan qoşunlarını çıxarır