Fələstin müqavimət qrupları sionist rejimi üçün son tarix təyin etdi

Qafqaztimes xəbər verir ki, Fələstin İslami Müqavimət Hərəkatının (Həmas) hərbi qolu olan “Kataib İzzəddin əl-Qəssam” müqavimət qrupunun sözçüsü Əbu Ubeydə, bazar ertəsi verdiyi bəyanatda sionist silahlıların Məscidül-Əqsada olması ilə bağlı Tel Əvivə xəbərdarlıq edib.

Bu bəyanata görə, Fələstin Müqavimət Qrupları Birgə komandanlığı sionist rejiminə bu gün (yerli vaxtla) saat altıya qədər təcavüzkarların Məscidül-Əqsa və Şeyx Cərrah məhəlləsindən çıxmaları və tutulanların hamısının sərbəst buraxılması ilə bağlı xəbərdar edib.

Müqavimət qrupları tərəfindən təyin olunan son tarixin ardından sionist mediası, işğal altındakı Fələstinin cənubundakı sığınacaqların qapılarının açıldığını və “Bangorion” hava limanındakı təyyarələrin uçuş istiqamətlərinin dəyişdirildiyini bildirib.

Bu açıqlama, sionist mənbələrin rejim ordusunun Qüdsdəki qarşıdurmaların şiddətlənməsindən sonra rejim tarixindəki ən böyük hərbi manevri dayandırdığını elan etməsindən bir az öncə yayımlanıb.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!

Qəzza…