Axır ki, Netanyahu ABŞ-a dəvət olundu

Sionist rejim təhlükəsizlik müşaviri baş nazir Netanyahunun Ağ Evə rəsmi dəvət olunduğundan xəbər verib.

Əl Aləm telekanalının məlumatına əsasən, Tsahi Hengebi baş nazir Benyamin Netanyahunun sentyabr ayında Vaşinqtona gedəcəyini və ABŞ prezidenti Co Baydenlə görüşəcəyini deyib.

Hengebinin Bayden administrasiyası ilə Netanyahu kabineti arasındakı fikir ayrılıqlarını ört-basdır etməyə çalışaraq İsrail-ABŞ münasibətlərinin mümkün dərəcədə yaxşı vəziyyətdə olduğunu da iddia edib.

Xatırladaq ki, ötən 8 ay ərzində Netanyahu kabinetində müxalifət cərəyanları və “məhkəmə islahatı” layihəsi Vaşinqton-Tel Əviv münasibətlərində misli görünməmiş soyuqluq yaratdığı üçün ABŞ prezidenti Co Bayden Netanyahu ilə görüşdən boyun qaçırır, onunla görüşə hazır olmadığını açıq-aşkar bəyan edirdi.

İsrail mediaları isə Netanyahunun bu görüşə nail olma səbəblərindən birinin ABŞ-ın qoyduğu şərtin olması barədə məlumatlar dərc edirlər.

Related posts

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı

Hizbullah sionist rejim kəşfiyyat təchizatını məhv etdi

İraq İslami Müqaviməti sionist rejim limanına hücum etdi