Aliməqam Rəhbər: Şəhidlərimiz bu xalqın fədakarlıq göstəricisidir

Aliməqam Rəhbəri Ərdəbil Vilayəti Şəhidlərini Anım Konqresin üzvləri ilə görüşdə İslam İnqilabının düşmənləri ilə mübarizənin əsas yolunun müqavimət və möhkəm iradə olduğunu vurğulayıblar.

Əl Aləm telekanalının məlumtına əsasən, Ayətullah Xamenei Allah dərgahında şəhidlərin uca məqamı barədə Qurani-Kərim ayələrin nümunə gətirərək buyurub: Allah şəhidlərin qanına bərəkət verir. Bunun ən bariz nümunəsi Kərbəla hadisəsi, müsəlman olub-olmamasına baxmayaraq  o Həzrətə sevgisinin günü-gündən artmasına səbəb olan İmam Hüseynin (ə) qanıdır.

Ərdəbil igidlərinin döyüş meydanında qəhrəmanlıqlarına işarə edən Aliməqam Rəhbər buyurublar: Müqəddəs Müdafiə dövründə 35 min mücahidin cəbhə döyüşləri və bu müddətdə 3400 oğulun şəhid olması bu xalqın fədakarlıq göstəricisidir. Elə  bu səbəbdən də bu xüsusiyyətlər gənc nəslə ötürülməlidir.

Related posts

ABŞ-ın əsil siması

İsraillə dostluq baha başa gəlir

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO