Anidən avtobusun sükanı əsməyə başladı: Tərtər-Bakı avtobusunda təhlükəli anlar – VİDEO

Azərbaycanda sərnişin avtobusunda təhlükəli anlar yaşanıb.

Hadisə Tərtər-Bakı üzrə işləyən nəqliyyat vasitəsində qeydə alınıb. 

Belə ki, nəqliyyat vasitəsinin sükanı anidən əsməyə başlayıb. Bu, texniki problem üzündən baş verib.

Sürücünün soyuqqanlı davranışı avtobusun qəzaya düşməsinin qarşısını alıb.

O özünü itirməyərək, sükana nəzarət edib və avtobusu yolun kənarına çəkə bilib. Həmin an baş verənlər ətrafdakılar tərəfindən lentə alınıb. 

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir