Makronun İran  əleyhinə yeni iddiaları

Fransa prezidenti sionist rejimin İranın Dəməşq konsulluğuna hücumuna işarə etmədən İranın sionist rejimə hücumunu pisləyib.

Mehr Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Fransa prezidenti Emmanuel Makron bu gün (15 aprel) İranın sionist rejimə qarşı cəza hücumlarına görə beynəlxalq sanksiyaların gücləndirilməsini istəyib.

Fransa prezidenti İranın İsrailə hücumunu ədalətdsiz adlandırıb.

Makron İranın ilk dəfə öz torpağından İsrailə hücum etdiyini vurğulayaraq deyib: İran sionist rejimin İsraildən kənarda maraqlarını hədəfə almaq əvəzinə rejimin özünə hücum etdi .

Fransa prezidenti münaqişənin genişlənməsinin qarşısını almaq üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edərək İsraildən İranın hücumuna cavab verməməsini xahiş edib.

O, hücuma-hücumla cavabdansa, İranı təcrid etmək və Tehrana qarşı daha çox sanksiyalar, o cümlədən nüvə fəaliyyətlərinə təzyiqin artırılmasınının çıxış yolu olduğunu deyib.

Related posts

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı

Hizbullah sionist rejim kəşfiyyat təchizatını məhv etdi

İraq İslami Müqaviməti sionist rejim limanına hücum etdi