Ali Xəlifə həbsxanalarının işgəncələri bitmir

Bəhreyn siyasi aktivistin valideyni Ali-Xəlifə həbsxanalarında işgəncələrin artdığına işarə edərək məhbus oğlunun taleyindən nigaran olduğunu bildirib.

Əl-Aləm telekanalının Bəhreyndən verdiyi məlumata görə Hüseyn Mühənnanın atası Twitter hesabında yazıb: 8 gündür oğlumla telefon əlaqəm kəsilib. Oğlum yanvarın 3-də digər məhbuslarla bərabər istintaq otağında işgəncə edildiyindən xəbər vermişdi. Mən onun naməlu taleyi və əlaqənin kəsilməsindən çox nigaranam. Əlaqədar dövlət orqanlarına müraciətimiz heç nəyi dəyişmir. Elə ona görə də sabah baş istintaq şöbəsinə müraciət edəcəyəm.

Qeyd edək ki, ötən illər ərzində Ali-Xəlifə rejimi Hüseyn Mühənnanı dəfələrlə həbs ediblər.

Bəhreyn 2011-ci ildən bu ölkə xalqının Ali-Xəlifə hakim ailəsinə qarşı dinc etirazlarının şahididir. Ali-Xəlifə rejimi öz müqəddəratını təyin etmək istəyən müxaliflərə qarşı sərtlikdən istifadə etməklə cavab verir.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?