Ben-Qvir yenə də Məscidül-Əqsaya girəcəyini dedi

Sionist rejim təhlükəsizlik naziri Ben-Qvin fələstinlilərə qarşı ekstremist rəftarlarının davamında bir daha Məscidül-Əqsaya daxil olacağı ilə təhdidlər irəli sürüb.

Ben-Qvir işğalçı rejim ordusunun radiosuna verdiyi müsahibədə deyib: Həmasa “siz bu məkana malik deyilsiniz”i isbat etmək üçün Məscidül-Əqsaya daxil oldum.

O, daha sonra vurğulayıb: Mən heç də nigaran deiləm. Lazım gələrsə yenə də Məscidül-Əqsaya gedərəm.

Xatırladaq ki, sionist rejimin yeni təhlükəsizlik naziri İtamar Ben-Gvin ötən həftə Məscidül-Əqsaya daxil olduqdan sonra həm fələstinlilərin və həm də beyəlxalq ictimaiyyətin geniş etirazına səbəb olub.

Ötən həftə həmçinin İsrailin yeni ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir polisə Fələstin bayraqlarını ictimai yerlərdən götürməyi əmr edərək demişdi ki, bu ölkə qanunları Fələstin bayraqlarını qadağan etmir, lakin polis və əsgərlərin ”ictimai asayiş üçün təhlükə olduğuna inandıqları zaman” bayraqları endirmək hüququ var.

Related posts

İsrail Həmasa təklif paketinin mətnini dərc edib

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib