ABŞ Suriya çəkişməsində uduzdu!

Qafqaztimes.com Tasnimnews.com-a istinadən xəbər verir: Birləşmiş Ərəb Əmirliyinin xarici işlər naziri Abdulla Bin Zaid Suriyada səfərdə olub. Bu səfər anti-Suriya ABŞ cəbhəsinin məğlubiyyəti  kimi dəyərləndirilir. 10 il fasilədən sonra baş tutmuş səfər ərəb ölkələrinin əvvəlki siyasətdən imtina etməsi sayıla bilər. Livanın Əl-Əxbar qəzeti yazır ki, 2011-ci ildə Suriya böhranı başlayandan sonra Əmirlik Suriyanın qanuni hökumətini boykot edən cəbhədə olub. İndi isə Bəşar Əsəd Dubaya rəsmi səfərə dəvət edilir. Artıq güman etmək olar ki, Suriya 2022-ci ilin martında Əlcəzairdə keçiriləcək Ərəb İttifaqının yığıncağına qatılacaq. Əlbəttə ki, əlaqələrin bərpası iqtisadi zəmində real görünür. Nazirin səfərindən öncə Əmirlik vəliəhdi Məhəmməd Bin Zaidlə Bəşar Əsəd arasında telefon danışığı olub.

Related posts

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO

Bayden: Universitet antisemitizm məkanı deyil