ABŞ Nikaraquaya sanksiya tətbiq etdi!!

Qafqaztimes.com Ria.ru-ya istinadən xəbər verir: ABŞ prezidenti Bayden Amerika və bütün dünyanın ən yoxsul ölkələrindən olan Nikaraquaya sanksiya tətbiq edib. Bu barədə Ağ Ev məlumat verib. Sanksiya ölkədə prezident seçkiləri ilə əlaqələndirilir. Vaşinqton Nikaraquada prezident və parlament seçkilərinin nəticələrini tanımayıb. Sanksiya Nikaraquanın bank şəbəkəsi ilə əlaqələrini məhdudlaşdırır. Bayden prezident Daniel Orteqa hökumətinə iqtisadi və siyasi saksiyaların davam edəcəyini vəd edib.

Amerikanın sanksiyaları birbaşa yoxsul təbəqəyə təsirlidir. Ölkədə iqtisadi vəziyyət nə qədər ağır olsa da, bunun hökumət başçılarının həyatına təsiri yoxdur, zərər çəkən sadə xalqdır.

Related posts

Allaha inan!

BMT-nin nizamnaməsini cırdılar!

Sionist səfir “BMT Nizamnaməsini” parçaladı – VİDEO