Sionist rejim Suriyanın modern raketdən müdafiə sistemlərinin inkişafından nigarançılığını gizlətməyib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, ibri dilli medialar Suriyanın inkişafı barədə yazır: Bu müdafiə sistemləri sayəsində Dəməşq İsrail qırıcılarının öhdəsindən gələ biləcək.
Qəzetlərin yazdığına görə son aylarda şahid olduğumuz İsrailin Suriyaya hava hücumlarından sonra bu ölkənin modern müdafiə sistemlərinin potensialının nə qədər güclü olduğu aşkara çıxdı.
Məlumatda həmçinin deyilir: Son zamanlar əldə etdiyimiz faktlara əsasən, Suriya İranla birlikdə yeni havadan müdafiə sistemlərinin quraşdırılmasına hazırlıq işləri görür və İran Bəşar Əsəd dövlətini güclənməsi zəminindəki planını həyata keçirir.
Qəzetlər həmçinin yazır: Tel Əviv dəfələrlə bu planların həyata keçməsinə icazə verməyəcəyini elan etsə də, digər tərəfdən Rusiya S300 və S400 havadan müdafiə sistemləri ilə Suriyanı təchiz edir.