Ben Qvir nifrəti Avropa ölkələrinə yayıldı

Avropa İttifaqı sionist rejim XİN-nə rəsmi məktub ünvanlayaraq İsrailin radikal təhlükəsizlik naziri İtamar Ben Qvirin Avropa günü münasibətilə təşkil olunacaq tədbirdə iştirak etməməsini istəyib.

Mehr İnformasiya Agentliyinin məlumatına əsasən, Avropa İttifaqının işğal olunmuş ərazilərdəki səfiri bu rəsmi məktubu İsrail XİN-nə təhvil verib.

İbri dilli mediaların yazdığına görə 9 may tarixində Tel Əvivdə keçiriləcək Avropa Günü mərasiminə nazirlər kabineti Ben Qviri dövlət nümayəndəsi kimi iştirakını təsdiqləyib.

Ben Qvirin AB tərəfindən baykot edilməsinə aid heç bir fərmanın olmadığına baxmayaraq Avropa ölkələri səfirləri onun bu mərasimdə iştirakına rəğbət göstərmədikləri üçün bu rəsmi məktub yazılıb.

Related posts

Rusiya Qəzzədəki kütləvi məzarlıqlar barədə araşdırma tələb edir

Kolumbiya prezidenti: Mayın 2-də İsraillə diplomatik əlaqələri kəsəcəyik

İraq müqaviməti işğal olunmuş Cövlan yüksəkliklərinə hücum etdi