ABŞ Ərəbistanla əməkadlıqda fiaskoya uğradı

Rəyul Yəvm qəzeti ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivanın Səudiyyə Ərəbistanına səfərinin Vaşinqton-Riyaz münasibətlərində göstərilən cəhdlərinin boşa çıxmasından yazıb.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, dünən (6 may) tarixində Riyaza səfər edən Ceyk Sullivanın Ərəbistanda boşa çıxmış siyasətlərini restavrasiya etmək cəhdli səfəri ümidsiz nəticələr verib.

Ekspertlərin fikrincə ABŞ rəsmisinin bu səfəri sırf Amerikanın Ərəbistana nüfuzunu geri qaytarmaq, İranla olan münasibətlərini korlamaq və yenidən hegemoniyasını yeritmək məqsədi daşıyıb.  

Qeyd edək ki, Ceyk Sullivanın Riyaza səfəri ABŞ konqrei rəhbərinin Ərəbistanda başladığı siyasətlərin davamı istiqamətində olub və sonrakı səfər isə dövlət katibi Antoni Blinkenin olacağı deyilir.

Rəyul Yəvm daha sonra yazır: Amerika tam axmaqcasına Riyazla olan 30 illik əməkdaşlığının yenidən bərpa olunacağını düşünür. Amma Ərəbistanın yeni gənc rəhbərliyi artıq Amerikadan şərqə, yəni Çin və Rusiyaya tərəf döndüyünü, həmçinin İranla qonşuluq əlaqələrinə başladığını sanki unudub.

Xatırladaq ki, Ceyk Sullivan bu səfərində Riyaz üçün çantasında heç bir yeni təkliflə gəlməyib.

Related posts

Qəzza…

Dünyanı kim qarışdırır?

Qərbdə Həmasa dəstək