200 min sionistin şəxsi məlumatı hakerlər tərəfindən ifşa edildi

Hakerlər qrupu 200 min sionistin şəxsi məlumat və sirlərini bir kanalda ümumi auditoriyanın ixtiyarına qoyublar.

Əl Aləm telekanalının məlumatına əsasən, Yadiut Aharanut yazıb: Bu gün (27 aprel) Sharp Boys adlı hakerlər qrupu İsrail rejimi kolleclərinə kiberhücum edərək həssas və şəxsi məlumatları yayılayıblar.

Qəzet həmçinin yazır: Bu məlumatlara e-mail ünvanları, şəxsi fotoşəkillər, şəxsiyyət vəsiqələri və bir çox gizli sənədlər də aiddir.

Hakerlər işğal olunmuş Fələstində yaşayan 2009-cu ildən bu yana daha 500 min şagird və müəllimin şəxsi məlumatları satışa qoyduğunu da elan edib.

Qeyd etmək lazımdır ki, hakerlər qrupu 1990-cu ildən bu günə kimi Qüds, Tel Əviv, Həyfa və digər şəhərlərdəki 4 mühəndislik fakültəsinin tələbə, müəllim və işçilərinin şəxsi məlumatlarını da ələ keçirdiklərini iddia edirlər.

Son bir neçə gün ərzində İsrailin Mossad təşkilatı və mərkəzi sığorta şirkəti kiberhücumlara məruz qalır.

Related posts

Sionist rejim ordusu Həmasla razılığa gəlmək üçün mövqelərindən çəkilir

İsrail mediaları: Tel Əviv bir neçə həftəlik atəşkəslə razılaşacaq

Qəzzədə şəhid olan jurnalistlərin sayı 141 nəfərə çatdı