17 yaşlı oğlan dünyanı dövrə vuran ən gənc pilot oldu (Video izlə)

17 yaşlı pilot 5 ay əvvəl səyahətinin başladığı Bolqarıstanda eniş etdikdən sonra kiçik bir təyyarə ilə dünyanı tək başına uçan ən gənc insan adını qazanıb.

Belçika-Britaniya ikili vətəndaşı olan Mak Ruterford Bolqarıstanın paytaxtı Sofiyanın qərbindəki hava zolağına enərək iki nailiyyətlə “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Belə ki, Ruterford təkbaşına dünya ətrafında uçan ən gənc insan olmaqla yanaşı, həm də bunu kiçik mühərrikli təyyarə ilə bacaran ilk gənc olub.

O, gənclərin uğur qazana biləcəyini göstərməyə çalışdığını bildirib.

“Yaşınızın neçə olmasından asılı olmayaraq arzularınızın arxasınca gedin – çox çalışın və hədəflərinizə çatmaq üçün irəliləyin”, – deyə dünya rekordçusu bildirib.

Related posts

Messi və yoldaşlarının maaşları bəlli olub –

Hindistanda azı şiddətli ildırımlar: Ölənlər var – FOTO

Romada dəbdəbəli mağazalara kütləvi şəkildə boya töküblər – FOTO