Ənsarullah: Neftin dünya bazarına çıxışı artıq Yəmənin əlindədir

QafqazTimes xəbər verir ki, Ənsarullah hərəkatının siyasi şurasının üzvü Məhəmməd əl-Bəxiti dünən Əl-Məyadin telekanalı ilə müsahibədə Təl-Əvivdəki qəhrəmancasına əməliyyatı işğalçılara mesaj kimi qiymətləndirərək, sionist rejimin saxta təhlükəsizlik ardınca olduğunu bildirib. Onun sözlərinə görə, məntəqə ölkələrinin rəsmiləri ilə görüşlər onların təhlükəsizliyini təmin etməyəcək və sionist rejim yalnız ABŞ-ın maraqlarına xidmət edən yeganə effektiv qurumdur. Fələstin əməliyyatı təkcə Fələstində deyil, regionda da tarazlığı dəyişəcəkdir.

Əl-Bəxiti həmçinin Yəmən müharibəsinə toxunub və mühasirənin davam etməsinin təcavüzkar ölkələrə hücumların davam etməsi olduğunu bildirərək deyib: “Biz dosta və düşmənə deyirik ki, Yəmənin mühasirəsi və onun davamı hərbi təcavüzdür. Səudiyyəlilər bilir ki, Ənsarullah Ər-Riyadda danışıqlar aparmaq istəmir. Əgər hərbi əməliyyatların dayandırılması mühasirənin dayandırılmasını özündə ehtiva etmirsə, biz bunu təcavüzün davamı hesab edəcəyik.”

Bu Yəmən rəsmisi əlavə edib: Yəmənin işğalına ABŞ qərar verib və onun davam etdirilməsi Səudiyyə Ərəbistanı və BƏƏ-nin deyil, ABŞ-ın xeyrinədir. Səudiyyə Ərəbistanı atəşkəs üçün təşəbbüs göstərməyib.

O, Mehdi Əl-Mişatın təşəbbüsünü ədalətli və sülh üçün atılmış addım adlandırıb və Səudiyyə Ərəbistanından hələlik müsbət siqnalların alınmadığını bildirib.

Əl-Bəxiti sonda Aramko neft şirkətinə edilən hücuma toxunaraq, hamının dünya bazarına daha çox neft çıxarmaq qərarının artıq Səudiyyə Ərəbistanı və BƏƏ-nin deyil, Yəmənə aid olduğunu anladığını vurğulayıb.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya