Əl-Xəzali: Biz Türkiyənin hücumu qarşısında səssiz qalmayacağıq

QafqazTimes xəbər verir ki, İraqın “Əsaib Əhli-Həqq” hərəkatının baş katibi Qeys Əl-Xəzali çərşənbə günü axşam saatlarında Türkiyənin pilotsuz təyyarələrinin İraq Kürdüstanı bölgəsinin Sincar şəhərinə endirdiyi zərbələrə reaksiya verib.

“Əl-Məlumə” xəbər saytının məlumatına görə, Əl-Xəzali deyib: “Milləti üçün qanında bir damla qeyrət olan hər bir iraqlı Türkiyənin Sincarda millətimizin övladlarına qarşı aşkar təcavüzü qarşısında qətiyyən səssiz qala bilməz.”

“Əsaib Əhli-Həqq” hərəkatının baş katibi bildirib: “Deyəcək çox sözümüz var, ona görə də səssiz qalmayacağıq.”

Kürd mediası ötən gün günortadan sonra (çərşənbə günü) pilotsuz təyyarə ilə Sincarın “Sənuni” hissəsində bir neçə binaya hücum edildiyini bildirib.

“Kürdistan 24” xəbər saytı hadisə şahidlərinə istinadən xəbər verir ki, hücumda 6 nəfər həlak olub. Bununla belə, bəzi KİV-lər dörd nəfərin öldüyünü yazıb.

İraq mediasının məlumatına görə, Türkiyənin mülki əraziləri hədəfə aldığı bu hücumda çox sayda mülki vətəndaş ağır xəsarət alıb.

Əl-Əhd xəbər saytı isə hücum nəticəsində bir uşağın da öldüyünü bildirib. Bununla belə, İraq Kürdüstan Bölgəsi Terrorla Mübarizə Təşkilatı bəyanat yayaraq, Türkiyənin Kürdüstan Fəhlə Partiyasının mövqelərini hədəfə aldığını bildirib.

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur