Meymunçiçəyi ilə bağlı şaiyələrə RƏSMİ REAKSİYA – FOTO

Xəbər verdiyimiz kimi, artıq qonşu ölkə olan Gürcüstanda meymunçiçəyi virusuna ilk yoluxma qeydə alınıb. Bundan sonra Azərbaycanda da narahatlıq yaranıb və meymunçiçəyinin ölkəmizdə də olmnası ilə bağlı fikirlər səsləndirilirb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, meymunçiçəyi Azərbaycanda qeydə alınmayıb.

“Bəzi sosial şəbəkələrdə və mətbuatda qeyd olunan ehtimallara cavab olaraq bildiririk ki, Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb. Yoluxma faktı aşkar olunarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə də bir qadının meymunçiçəyinə yoluxması ilə bağlı foto paylaşılıb.

Related posts

Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı – ANBAAN VİDEO

Xırdalanda həyəcanlı anlar: Qadın özünü binadan atdı – VİDEO

Bakıda 9 maşının iştirakı ilə dəhşətli qəzanın görüntüləri – FOTO/ANBAAN VİDEO