“Moses staff” sionist rejimin elektrik şəbəkəsinə haker hücumu etdi + Video

QafqazTimes xəbər verir ki, “Musanın əsası” adlı haker qrupu ötən gün axşam saatlarında (çərşənbə günü) sionist rejimin elektrik şəbəkəsini haker hücumuna məruz qoyduğunu elan edib.

Bu haker qrupu bir video yayımlayaraq bildirib: “Bu hələ başlanğıcdır. Bundan sonra sizə əvəzolunmaz zərərlər dəyəcək. Biz sizi cəzalandıracağıq. Məqsəd aydın, müəyyən və dəqiqdir. Bu, sizin elektrik şəbəkənizə çıxışımızın yalnız kiçik bir hissəsidir. Tezliklə zülmətə qərq olacaqsınız.”

“Moses staff” adlı bu haker qrupu daha əvvəl sionist şirkətlərin məlumat serverlərinə kiberhücum edərək şəxsiyyət vəsiqələri, vəkillərin ofis sənədləri, çeklər, maliyyə hesabatları və s. kimi sənədləri əldə etmişdir.

“Musanın əsası” bundan əvvəl işğal altındakı Fələstinin küçələrindəki CCTV kameralarının və İsrail ordusu üçün hərbi silah istehsalında fəallıq göstərən “Rafael” şirkətinin kameralarının uğurla sındırıldığını da açıqlamışdı. Kiberhücumdan sonra qrup həm ibrani, həm də ingilis dillərində “Biz sizin gözlərinizlə görürük” başlıqlı mesajda yayımlamışdı: “Biz sizi illərdir, hər an, hər addımda izləyirik. Bu, daxili CCTV kameralarına giriş vasitəsilə fəaliyyətlərinizin bizim tərəfindən izlənməsinin yalnız bir hissəsidir. Siz təsəvvür edə bilmədiyiniz halda sizi hədəfə alacağımızı söyləmişdik.”

Related posts

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO

Magistral yol çökdü: Avtomobillər və sürücülər dağıntılar altında qaldı – FOTO/VİDEO