Əl-Niqəb həbsxanasına basqın: Əsirlər aclıq elan etdi

Sionist İsrail rejimi hərbçiləri həbsxanada olan fələstinliləri də rahat buraxmayıb onların kameralarına basqın edərək katalizator xarakterli axtarışlar aparıblar.

Mehr İnformasiya Agentliyinin məlumatına əsasən, işğalçı rejim hərbçiləri Əl-Niqəb həbsxanasında aclıq elan edən fələstinli əsirlərin otaqlarında lazımsız axtarış aparmaqla onları qıcıqlandırıcı sözlər deyib qalmaqal yaratmağa çalışıblar.

Məlumatda deyilif ki, Fələstin Əsirləri Cəmiyyəti bir bəyanatda elan edib: Fələstinli əsirlər İsrail rejimi təhlükəsizlik naziri İtamar Ben-Qvirin yeni siyasətlərinə etiraz əlaməti olaraq aclıq elan edib. Onlar yeni nazirlər kabinetinin anti-humanitar qərarlarına və həbsxanada əsirlərin qidalanmasında olan problemlərə etiraz olaraq hamılıqla bir günlük aclıq elan etdikləri üçün hərbçilərin basqını ilə üzləşiblər.

Bundan əvvəl Fələstin Əsirlər Cəmiyyəti Reymun, Ufu, Məcdu, Cəlbu və Əl-Niqəb həbsxanalarındakı fələstinlilər əlbir olaraq ümumilikdə etiraz aclığı keçirəcəklərini elan etmişdilər.

Xatırladaq ki, ötən günlərdə anti-sionist əməliyyatlarda həbs edilən fələstinlilərin edam cəzasına məhkum edilməsi haqda ilkin qərar layihəsi “Utsima Yəhudiyyət” partiyası deputatı tərəfindən Knesstə təqdim edilib.

Related posts

Həmas: İsraillə yalnız yazılı razılaşma istəyirik

İşğalçı rejim Livanda atəşkəsi pozur

Həmas: Fələstin Muxtar Təşkilatı fələstinlilərin fəryadını eşitmir