21 il öncə ölmüş adamın adına cərimə gəldi – FOTO/VİDEO

Azərbaycanda 21 il əvvəl ölən adamın adına cərimə protokolu tərtib olunub.

20-BO-232 dövlət qeydiyyat nişanlı VAZ-21063 markalı avtomobil texniki baxışdan keçirilmədiyinə görə kamera vasitəsilə 50 manat məbləğində cərimə olunub. Cərimə protokolu 21 il əvvəl dünyasını dəyişən Namazov Oktay Muxtar oğlunun adına ötən il göndərilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, 20-BO-232 dövlət qeydiyyat nişanlı avtomobil texniki baxış müddəti bitdiyi üçün xüsusi texniki vasitə tərəfindən avtomatik olaraq cərimələnib. Hal üzrə araşdırma aparılıb və məlum olub ki avtomobil idarə edən şəxsin etibarnamə müddəti bitdiyindən avtomatik cərimə avtomobil sahibinə yönləndirilib. Hazırda avtomobilin yerinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Related posts

Neftçalada üzərində güllə izi olan insan sümüyü tapıldı – FOTO

Viza düzəltmək adı ilə 200-dən çox şəxsi aldadan qadın həbs edildi – FOTO

Azərbaycan çempionatında maraqlı hadisə: Qapıdan qapıya qol – VİDEO