Amerika Birləşmiş Ştatları Yəmən müharibəsini sülhə aparan müzakirələri dayandırmaq üçün qeyri-diplomatik yollarla 3 şərt mesajı göndərib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, yəmənli ekspertlər Yəmən Milli Nicat Dövləti ilə Səudiyyə Ərəbistanı arasında sülh və atəşbəs danışıqlarına mane olan ABŞ-ın 3 şərtindən danışırlar.
Əl Xənadiq portalı (7 avqust) Səudiyyə Ərəbistanı Yəmənin neft bölgəsində olan müharibəni dayandırmaq istəsə də, Amerikanın buna mane olduğu barədə məlumat verib.
Məlumata görə ABŞ bir sıra qeyri-diplomatik vasitələrlə Yəmən Milli Nicat dövlətinə mesaj göndərib ki, yalnız bu 3 şərt qarşılığında sülh danışıqlarına dəstək ola bilər:
- Yəmən Babul Məndəbin beynəlxalq bir məkan olduğunu qəbul edərsə;
- Yəmən İsrail rejimi üçün bir təhlükə yaratmazsa;
- Yəmən İranın nüfuzuna mane olarsa:
Babul Məndəb Boğazının adı belə Amerika və İsrail rejimini qıcıqlandırması təbii bir haldır. Çünki 1973-cü ilin oktyabr müharibəsini onlara xatırladır və onlar yaxşı bilir ki, Səna istədiyi an o müharibənin təkrarını yaratmağa qadirdir.
Həmçinin Amerika İranın regiondakı nüfuzunun artdığını qəbul edib və İranın nüfuzunun arması da bölgə dosyelərinin dərinləşməsi ilə nəticələnəcək.
Qəzetin qənaətinə görə ABŞ-ın Yəməndən İran nüfuzunun məhdudlaşması tələbi onların ikitərəfli münasibətlərindəki yaxınlıq dərəcəsindən bixəbər olmasını göstərir.