Qafqaztimes xəbər verir ki, İraqın Ənbar əyalətindəki təhlükəsizlik mənbələrindən biri, Suriyanın əl-Hol düşərgəsindən 8 mindən çox İŞİD-ə bağlı ailənin İraqa qaytarılmasına razılıq verməsi üçün ABŞ-ın Bağdad hökumətindəki nüfuzlu partiyalara təzyiqləri barədə xəbərdarlıq edib.
Bu təhlükəsizlik mənbəsi “Əl-Maluma” xəbər agentliyinə verdiyi müsahibədə deyib: Amerikanın yeni planı İraqda sabitliyi və təhlükəsizliyi aradan aparmaq və Amerika işğalçı qüvvələrinin İraqda qalması üçün zəmin yaratmaqdır. “
Bu arada İraqın təhlükəsizlik rəhbərləri bu planı kəskin şəkildə pisləyiblər. Həmçinin Ənbar vilayətinin bir sıra ağsaqqalları və böyükləri bildiriblər ki, İŞİD terrorçularının ailələri İraqdakı bölgələrə qayıtsa, onları öldürəcəklər.
Alalam