General Qaani: Amerika biabırçı vəziyyətdə regioni tərk edərək SSRİ-nin taleyinə düçar olacaq. Sionist rejim dağılmaq üzrədir
İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) Qüds qüvvəsinin Komandiri ABŞ-ın regionu biabırçı vəziyyətdə tərk edəcəyini, SSRİ-nin taleyinə düçar olacağını vurğulayaraq deyib: Sionist İsrail rejimi də dağılmaq üzrədir və bu faktı onların tədqiqat mərkəzləri də təsdiqləyir.
Fars Xəbər Agentliyinin məlumatına əsasən, İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) Qüds qüvvəsinin Komandiri general İsmayıl Qaani bu gün (5 yanvar) şəhid general Hüseyn Purcəfərinin Kerman şəhəri Şəhidlər Xiyabanında keçirilən anım mərasimindəki çıxışında deyib: Şəhid general Qasim Süleymaninin həyatı barədə nə qədər danışılsa da yenə də azdır. Amma bizim bu günkü mövzumuz general Süleymaninin dostları və tərəfdaşları haqdadır.
General İsmayıl Qaani davam edərək deyib: Gecəli-gündüzlü ömrünün 40 ilini Müqəddəs Müdafiədən sonra müqavimət cəbhəsinə dəstək və təhlükəsizlik əməliyyatlarında şəhid Süleymani ilə çiyin-çiyinə çalışan şəhid general Hüseyn Purcəfəri də unutmamalıyıq. Şəhid Purcəfər ixlası, şücaəti və qardaşcasına sevgisi ilə həmişə general Süleymaninin yanında addımlayıb, onunla əlaqədar olan bütün müqavimət cəbhəsi əsgərlərinə dəstək olub.
General Qaani general Qasim Süleymaninin müqavimət cəbhəsi dəstələri ilə sıx əlaqələrinə işarə edərək deyib: General Süleymaninin sıx iş qrafiki olduğu üçün əksər zamanlar müqavimət dəstələrinin onunla birbaşa əlaqəsi imkansız idi və görüş üçün şərait nadir hallarda mümkün idi. Elə bu səbəbdən də şəhid general Purcəfəri onunla qüvvələr arasında vasitəçilik edər, əlaqə üçün münasib şərait yaradardı. Belə ki, hətta qardaşımız şəhid Purcəfəri digər əlaqədar komandir və məsuliyyətli şəxslərin general Süleymani ilə vasitəçisi idi desək, yanılmarıq. Bu vasitəçilikdə general Purcəfəri gecəli-gündüzlü səmimi, mehriban və vəfalı bir dost idi.
İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) Qüds qüvvəsinin Komandiri həmçinin deyib: General Süleymani ilə general Purcəfəri arasında dostluq, səmimiyyət və qardaşlıq əlaqəsi o qədər dərin idi ki, hətta bircə gün belə bir-birlərini görmədiyi zamanlar narahatlıq hiss edərdilər. General Süleymani ilə əlaqəli şəxslər əksər vaxtlar bütün problem və qarşıya çıxan məsələləri general Purcəfəriyə deyər və bu minvalla şəhid Qasim Süleymaniyə çatdırılacağından əmin olardırlar. Çünki general Purcəfəri sonsuz dərəcədə pak, mənəviyyatlı və geniş ruhu olan bir insan idi.
General Qaani ümumiyyətlə bütün şəhidlərin ortaq və özəl bir xüsusiyyətə malik olduqlarını qeyd edərək deyib: Bütün şəhidlər bizim başımızın tacıdır. Onların hamısı ailə,məhəllə, şəhər, ölkə və islam dininin baş taclarıdırlar. Biz şəhid Qasim Süleymani ilə şəhadətə yetişən şəhidləri anarıqsa, yəqin ki, əziz generalımızın da ruhu şad olar. Şəhid Hüseyn Purcəfərinin anım mərasimi də bu qəbildəndir. General Süleymaninin vəfalı, səmimi, işgüzar və mehriban bir şəxsə ehtiyacı olduğu zaman həmişə Hüseyn Purcəfərini çağırardı.
General Qaani həmçinin Qasim Süleymani ilə birlikdə şəhid olan şəxslərin də çox dəyərli, fədakar, son nəfəslərinə qədər onunla addımladıqlarını vurğulıb: Hüseyn Purcəfəri, Şəhruz Müzəffərniya, Hadi Taromi, Vəhid Zamani və eləcə dəə islami müqavimətin görkəmlisi olan Əbu Mühəndis kimi şəxsiyyətlər müqavimət cəbhəsinin enişli-yoxuşlu yollarında general Süleymani ilə birlikdə addımlayıb və bu yoldakı iftixarı daha da gücləndiriblər.
İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) Qüds qüvvəsinin Komandiri general Qaani sonra deyib: Şəhidlərin anım mərasimi heç də əzadarlıq məclisi deyil. Əslində bu mərasimlər İslam İnqilabının izzəti, əzəməti və fədakarlıq məktəbinin sərgisidir.
General Qaani şəhidlərin anım mərasimlərinin bir növ müqəddəs islam dini və şiə məktəbində mövcud olan ilahi dəyərlərinin bəyanı olduğunu vurğulayaraq deyib: İslam İnqilabının böyük rəhbəri və ayətullah Xamenei kimi mənəvi insanlar şəhidləri anmaq, onların xatirəsini əbədi yaşatmaq və ilahi vəzifələri haqda gözəl sözlər buyurublar: Bizim şəhidlərimiz onların buyurduqları kəlamların tam mənada icra etməklə varlıqlarını bir daha sübut etmiş, İslam İnqilabının müdafiəsi üçün fədakarlıq nümayiş etdirən xalqın sənət əsərləri hesab olunurlar.
SEPAH komandiri Kerman xalqının bu fədakarlıq sərgisində hünər simvolu olduğunu sübut etdiyinə toxunaraq qeyd edib ki, şəhidlər bu yolda addımlamaq istəyənlərin ən yaxşı örnəyi və danılmaz öndərləridirlər. Elə bu səbəbdən də şəhidlər adi insanların asanlıqla yetişə bilmədikləri “Allah dərgahında ruzilənirlər” ayəsinin bariz nümunələridirlər.
General Qaani həmçinin ilahi dəyərli İslam İnqilabın düşmənin çeşidli müharibə planları qarşısında möhkəm müqavimətinə işarə edərək deyib: Bizim İran İslam Respublikamız onların qarşısında iqtidarla dayanaraq hər gün müşahidə etdiyiniz hər hansı bir təhdidi fürsətlərə çevirir.
Fələstindən tutmuş Livana, Suriyaya, İraqa, Yəmənə və müqavimət ruhunun bürüdüyü region ölkələrində Allah Rəsulu (s) və Hz.Zəhra (s) övladlarının general Süleymani və Purcəfəri kimi şəhidlərdən necə ilham aldıqlarının canlı şahidisiniz. Bu qəhrəmanlardan ilhamlanan oğullar hal-hazırda coğrafi məkanından asılı olmayaraq Amerika kimi düşmənlərə cürət meydanı oxuyurlar.
Qüds qüvvələrinin komandanı Livanın regiondakı uğurlarına toxunaraq deyib: Livanda heç bir ölkə statusu və geniş hərbi təchizatı olmayan Hizbullah müqavimət təşkilatının iri addımlarla irəliyə doğru getdiyinin şahidisiniz. Bu isə imanlı insanların məhz elə İslam İnqilabından ilhamlandığının nişanəsidir.
General Qaani Amerikanın biabırçı vəziyyətdə regioni tərk edərək SSRİ-nin taleyinə düçar olacağını vurğulayaraq qeyd edib: Amerikanı da SSRİ-nin uğursuz taleyi gözləyir. Bu iflası onların öz tədqiqat mərkəzləri belə təsdiqləyirlər.
“Biz ABŞ qarşısında var gücümüzlə müqavimət göstərməli, öz mövqeyimizdən geri çəkilməməli, general Süleymani kimi şəhidlərimizin qanı sayəsində bu işıqlı yolu davam etdirməliyik” – deyə general Qaani sözlərinə davam edib.
Qüds qüvvələrinin komandanı İslam İnqilabı rəhbəri Ayətullah Xameneinin 25 ildir vurğuladığı kəlamdan sitat gətirərək deyib: Beynəlxalq tədqiqat mərkəzlərinin araşdırmasına əsasən, İsrail rejimi iflasa uğramaqdadır. Onların heç nə qazanmadıqları bir tərəfə, hətta daha çox itkilərə məruz qaldılar. İsrail rejimi 5-ci dəfədir ki, seçkilər keçirir və bu illər ərzində bircə il belə davam gətirməyiblər. Bu mərasimdə adının çəkilməsinə belə ləyaqəti çatmayan insanı öz rejimində belə ən təhlükəli cinayətkar hesab edirlər.
İsrailin hərbi vəziyyəti o qədər acınacaqlıdır ki, artıq heç kəs sionist rejim ordusunda xidmət etmək istəmir deyən general Qaani çıxışının davamında deyib: İsrail tarixində qarşılıqlı ixtilaflar nəticəsində ardıcıl olaraq 75-80 illik fasilə ilə iki dəfə tamamilə məhvolma müşahidə olunur. Hal-hazırda yenə də bu ixtilafların çoxluğu onları məhvə sürükləməkdədir.