QafqazTimes.com Tvr.by-yə istinadən xəbər verir: ABC telekompaniyası amerikalılar arasında sorğu keçirib: Baydendən razısınızmı? ABŞ əhalisinin 70 %-i prezident Co Baydendən narazıdır. Bayden bir sıra səhlənkarlıqlarda müqəssir sayılır. İnflyasiya ilə yetərsiz mübarizə cəmiyyəti daha çox qorxudur. Respublikaçıları dəstəkləyənlərin 94 %-i, azad seçicilərin 71 %-i, demokratları dəstəkləyənlərin 54 %-i prezidentdən narazıdır. Əhalinin 57%-i ölkə iqtisadiyyatının bəpasında yetərsiz fəaliyyətlərinə görə prezidentə qarşıdır. Təkcə noyabr ayında ölkədə qiymətlər 57 % qalxıb.
Şübhəsiz Baydendən narazılıq təkcə ağır iqtisadi vəziyyətə görə deyil. Kinli Tramp hakimiyyətdən getdiyi gündən qayıtmaq barədə düşünür və Baydenə qarşı kampaniya aparır. Bu zaman bütün yollara əl atılır: lobbilər qızışdırılır, vəziyyəti Tramp dövründə də ağır olan xalq ayağa qaldırılır.