Qafqaztimes xəbər verir ki, Yəmən ordusunun və Marib əyalətindəki xalq komitələrin son aylardakı irəliləyişi, eləcə də əl-Beyza əyalətinin tamamilə azad edilməsindən sonra dünyanın bir çox xəbər dairələri və analitikləri Yəmən məsələsində rolu olan müxtəlif tərəflərin davranışları və ölkədəki proseslərin inkişafı barədə proqnozlar verməyə başlamışlar.
Vaşinqtondakı Fars Körfəzi Dövlətləri İnstitutu (AGSIW) yazdığı məqalədə qeyd olunub: “Görünən budur ki, hüsilər nəhayət Yəməndə Ər-Riyadla müttəfiq olan dövlətin əsas bazası sayılan Marib şəhərini nəzarətə götürə biləcəklər və Yəməndə vahid bir dövlətin qurulmasından danışmaq artıq mümkün deyildir.”
Bu məqalədə gəlib ki, Co Bayden 2021-ci ilin yanvarında hakimiyyətə gəldi və o, Yəməndə müharibəni bitirmək əzmində idi. Bu dövlətdə Obama hakimiyyəti dövründə də məsul olan və Yəməndə müharibə qərarını səhv hesab edən insanlar var. Belə ki, Obama administrasiyasının bir rəsmisi Səudiyyə Ərəbistanına dəstək verməyi “sərxoş sürücü ilə maşına minməyə” bənzətmişdi.