ABŞ Türkiyənin bir neçə şirkətinə Rusiya şirkətləri ilə əlaqəsi olduğu səbəbinə sanksiya tətbiq edib.
Əl Aləm telekanalının Routersə istinadla verdiyi xəbərə əsasən, dünən (13 aprel) tarixində ABŞ dövləti eksport qanunlarına zidd olduğu üçün Türkiyənin 4 şirkətinə qarşı sanksiya qoyub.
Məlumatda bu sanksiyaların səbəbi həmin şirkətlərin Rusiya ilə əlaqəli olması kimi elan edilib.
Qeyd edək ki, Amerikanın Türkiyəyə qarşı tətbiq etdiyi bu embarqo Rusiya-Ukrayna müharibəsindən sonra ən böyük sanksiyası hesab olunur.
ABŞ dövləti elan edib ki, elektron avadanlıqların daşınması ilə məşğul olan bu şirkətlər əslində rus şirkətləridir və yaxud birbaşa Rusiya ilə əlaqədədirlər.