Paleontoloqlar Montanada (ABŞ) əvvəllər məlum olmayan seratopsid növünün, asimmetrik buynuzları olan buynuzlu dinozavrların qalıqlarını aşkarlayıblar.
Bu barədə cümə axşamı Kolorado Dövlət Universitetinin (CSU) mətbuat xidməti məlumat yayıb.
Alimlər yeni növü Montana ştatının şimalında təxminən 78 milyon il əvvələ aid təbaşir dövrünün sonunda əmələ gələn çöküntülərdə tapılan dinozavr sümüklərinin fraqmentlərini tədqiq edərkən üzə çıxarıblar.
Buynuzların asimmetrik ölçüləri bu dinozavrı şimal maralına bənzədir. Qədim canlıların uzunluğu 6,7 metr, çəkisi təxminən 5 ton olub.