Qafqaztimes xəbər verir ki, Amerikanın “MSNBC” telekanalı ABŞ Respublikaçılar Partiyasının bir müddət əvvəl “Person of color” cəmiyyətinə hücum edərək bir neçə nəfəri öldürən ağdərili şəxs üçün tədbir keçirməsini əsas gətirərək bildirib ki, bu partiya faşizmə yaxınlaşmaqdadır.
Bu telekanalın hesabatında bildirilir: “Cinayətkarın azad edilməsinin qeyd edilməsi və Respublikaçılar Partiyasının konfransında onun çempion kimi qarşılanması onların siyasi zorakılığa meylini və irqçi faşist hərəkatına yaxınlığını günü-gündən təsdiqləyir. Son beş il ərzində bir çox insanlar Respublikaçılar Partiyasının bəzi üzvlərinin faşist olub-olmadığını soruşurdular. Cavab mütləqdir ki, bu, millətçi bir qrupdur. Onların rəftarları bizə Mussolini və digər faşist liderlərini xatırladır.”
Bu telekanal həmçinin əlavə edib: “Biz şahidi olduq ki, Respublikaçılar günahkar olduğu halda yenicə bəraət almış 18 yaşlı bir şəxsi alqışladılar. Bu, zorakılığın alqışlanmasıdır.”