Amerika Kubokunun yarımfinal matçında Kolumbiya millisinə minimal hesabla uduzan Uruqvay seçməsinin futbolçuları məğlubiyyətlə barışa bilmədikləri üçün azarkeşlərə hücum ediblər.
Buna səbəb kolumbiyalı azarkeşlərin uruqvaylı futbolçuları təhqir etməsi və onların üzərinə su atması olub.
Bundan sonra əsəblərini cilovlaya bilməyən Uruqvay millisinin futbolçuları azarkeşlərə hücum çəkiblər.
Tribunaya qalxaraq davada iştirak etmiş futbolçular arasında “Liverpul”un hücumçusu Darvin Nunyes və “Barselona”nın müdafiəçisi Ronald Arauxo da olub. Çaxnaşmada azarkeşlərdən birinin Nunyesin başına zərbə endirdiyi görüntülənib.