Amerikanın Fransadakı səfirliyi ötən günlərdə Moskvada baş verən hadisələrlə əlaqədar rəsmi Parisin də anti-terror əməliyyatlarına hazır olması barədə xəbərdarlıq edib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, ABŞ-ın Parisdəki səfirliyi həmçinin öz vətəndaşlarına da ehtiyatlı olmalarını istəyib.
ABŞ səfirliyinin bəyanatında deyilir: Xüsusilə Fransaya turist kimi gələn amerikalılar ətraflarına diqqət yetirsin və şübhəli halla qarşılaşdıqları zaman ölkənin qanuni orqanlarına xəbər versinlər.
Amerika səfirliyi bu bəyanatı elə bir halda elan edib ki, son Moskva hadisəsindən sonra bütün Avropa ölkələri terror təhlükəsi altında olduğunu zənn edirlər.
Xatırladaq ki, martın 22-də Moskva vilayətinin “Crocus City Hall” konsert salonunda atışma baş verib. “Crocus City Hall” ticarət mərkəzinə hücum zamanı yaralananların sayı 360 nəfərə çatıb. Onların arasında 11 uşaq var. Yaralılardan üçü uşaq olmaqla 19 nəfərin vəziyyəti ağır, 34-nün vəziyyəti isə orta ağır qiymətləndirilir. 140 nəfərin isə öldüyü bildirilir.