ABŞ respublikaçılarının iki konqresmeni İranın Çinlə raket istehsalı sahəsində əmədaşlığından nigarançılıqlarını bildirərək İranın raket potensiallarının Amerika üçün təhlükəli olduğunu deyiblər.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Elis Stefanik və Dag Lamburn ABŞ müdafiə naziri Llyod Austinə məktub ünvanlayaraq İranın “Fəttah” raketinin təqdimatından sonra raket potesialları sahəsində inkişafına maneçilik tədbirlərinin görülməsini vurğulayıblar.
Məlumatda deyilir: Stefanik Pekin-Tehran raket əməkdaşlığından çox nigarandır və o, müdafiə nazirindən yeni raketdən müdafiə sistemli mərkəzin yaradılması ilə tədqiqatlar aparıb tədbilər görülməsinin uyğun olub-olmamasının anlaşılmasını istəyib.
Qeyd edək ki, ABŞ Raketdən Müdafiə Agentliyi bir neçə il öncə Amerikanın şərq sahillərində raketdən müdafiə sistemli yeni mərkəzin təsisi haqda qərar verilmişdi. Bu iki respublikçı konqresmen isə indi agentliyin İran-Pekin münasibətlərinə yenidən baxış keçirməsi məsələsini gündəmə gətirməyə çalışır.
