İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Almaniya hökumətinin müdaxiləçi rəftarına reaksiya verib.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Nasir Kənani deyib: Almaniya xarici işlər nazirliyinin İran xalqının insan hüquqları barədə danışmaq haqqı yoxdur.
İran XİN rəsmisi yazıb: Səddam rejimini kimyəvi silahlarla təmin edən, minlərlə iranlının kimyəvi silahlarla zəhərlənib şəhid olmasına səbəb olan Almaniya indi İran xalqının insan hüquqları barədə danışması absurddur.
Qeyd edək ki, Almaniyanın XİN başçısı Analina Barbuk dünən (23 may) İranın daxili işlərinə qarışaraq ölkədə insan haqlarının pozulması barədə deyib: Biz bunu qəbul etməyəcəyik.
Son zamanlar Qərb ölkələri müxtəlif əsassız bəhanələrlə İran əleyhinə sanksiyalar təyin edərək bir növ daxili işlərə qarışmaqdan əlavə, ölkədə baş verən iğtişaşlara dəstək verməyə çalışırlar.