Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Hagen şəhərində 34 yaşlı kişi hamilə həyat yoldaşının başına tapança ilə atəş açaraq qadını ağır yaralayıb.
Hüquq mühafizə orqanlarından verilən məlumata görə, cinayətkar törətdiyi hadisədən sonra əvvəl qonşularının yaşadığı mənzilə, daha sonra isə həmin şəxsin avtomobilinə əyləşərək evindən iki kilometr aralıda olan bərbərə gedib.
Orada daha dörd nəfəri güllələyən şəxs daha sonra qaçaraq polislərdən gizlənib.
Hazırda polis cinayəti törətmiş şəxsi axtarır. Atəş açılan yerin ətrafı mühasirəyə alınıb və nəqliyyatın hərəkəti dayandırılıb.
Xüsusi təyinatlılar cinayətkarın yerləşə biləcəyi ərazidə əməliyyat keçirirlər.
Hadisənin təfərrüatı məlum deyil.