“Letzte Generation” (“Son Nəsil”) hərəkatının eko-aktivisləri Münhen (Almaniya) hava limanında aksiya keçiriblər.
Onlar zolağın üzərində əyləşərək, əllərini yerə yapışdırıblar. Nəticədə aeroport müvəqqəti bağlanmalı olub.
Polis artıq onları saxlayıb.
Bundan əlavə, nümayişçilər Berlin hava limanının da işini pozmağa cəhd ediblər, lakin hüquq-mühafizə orqanları uçuş-enmə zolağının bağlanmasının qarşısını alıblar. Berlin Federal Polisinin bildirdiyinə görə, bu, uçuşlara təsir etməyib.