Almaniyanın “Yaşıllar” Partiyasının rəhbəri, Frantsiska Brantner, İsrail rejiminin fələstinlilərə qarşı zorakı siyasətini tənqid edərək bu rejimə daha çox təzyiq göstərilməsini və Almaniya tərəfindən silah ixracının dayandırılmasını tələb edib.
“Die Zeit” qəzetinin məlumatına görə, Brantner Almaniyanın Qəzza zolağında istifadə üçün İsrailə silah ixracını dərhal dayandırmalı olduğunu bildirib.
O deyib: “Hazırda Qəzza və İordan çayının qərb sahilində şahidi olduğumuz hadisələr, (Qərb liderlərinin vurğuladığı kimi) İsrailin özünü müdafiə hüququndan xeyli kənara çıxır.”
Brantner həmçinin İsrail rejiminin Qəzzada və İordan çayının qərb sahilində fələstinlilərə qarşı elan etdiyi açıq deportasiya və ilhaq siyasətini beynəlxalq hüquqa zidd adlandırıb.
Bu alman siyasətçi əlavə edib: “Almaniya artıq Avropa Birliyinin ortaq mövqe tutmasına mane olmamalı və İsrail rejimi ilə ticarətin asanlaşdırılmasının dayandırılması üçün yol açmalıdır.” O həmçinin İsrailin ultra-sağçı nazirləri Betsalel Smotriç və İtamar Ben Qvirə qarşı sanksiyaların tətbiq edilməsini zəruri sayıb.
Brantner deyib: “Hazırda, mülki əhaliyə yardım etmək və girovların azad edilməsinə şərait yaratmaq üçün beynəlxalq ictimaiyyətin atəşkəs üçün təzyiqləri hər zamankından daha çox vacibdir.”
