Almaniya kansleri Olaf Şolts qaçış zamanı aldığı zədədən sonra ilk şəklini “Instagramda” yerləşdirib. Siyasətçinin sağ gözü qara sarğı ilə örtülüb, onun ətrafında çoxsaylı sıyrıqlar görünür.
Lakin kanslerin özü yeni imicinə müəyyən qədər ironiya ilə reaksiya verib.
“Mən “mem”ləri səbirsizliklə gözləyirəm. Xoş arzularınız üçün təşəkkürlər. Bu, olduğundan daha pis görünür!”, – deyə kansler postun altında yazıb.