Almaniya XİN başçısı Livana səfəri zamanı İsrail rejiminə silah göndərmələrinin özləri üçün beynəlxalq insan hüquqlarının pozulması zəminində problem yaratdığından söz açıb.
İRNA-nın məlumatına əsasən, Annalena Baerbok bu gün (23 oktyabr) sionist rejimin də Hizbullah hücumları qarşısında özünümüdafiə haqqı olduğunu qeyd edərək deyib: Amma bu rejimi silahla təmin etməmiz beynəxalq qanunlara əsasən bizi də problemlərlə qarşılaşdırıb.
Baerbok Livan rəsmiləri ilə görüşündə həmçinin İsrail rejimi ilə atəşkəs razılaşmasının imzalanmasını da istəyərək deyib: İsrail hər gün hücumlara məruz qalır. Ona dəstək verməmək dinc insanları qorumamaq mənasındadır. Digər tərəfdənsə Almaniyanın beynəlxalq insan haqları qarşısında məsuliyyəti və humanitar yardımlarla onları müdafiə etmək məcburiyyətindədir.