Ali Baş Komandan Silahlı Qüvvələrin hərbi akademiyalarının müdavimlərinin birgə təşkil etdikləri buraxılış tədbirində etdiyi çıxışın əvvəlində Silahlı Qüvvələrdə xidmət etməyin böyük iftixar, əziz İranın idarəçiliyində ən həyati bir fəaliyyət olduğunu dedi.
O bildirdi ki, Silahlı Qüvvələr milli təhlükəsizlik, milli qürur və milli kimliyin polad qalasıdır: “Milli təhlükəsizlik ölkənin inkişafında rol oynayan bütün mühüm proqramların infrastrukturudur. Belə ki, əgər təhlükəsizlik olmasa, heç nə olmaz”.
İnqilabın Rəhbəri bildirdi ki, hər hansı ölkənin müdafiə qüdrətindən məhrum olmasının, özünün milli təhlükəsizliyini təmin edə bilməməsinin onun yadlardan asılı vəziyyətə düşməsinə və ölkənin milli şərəfinin girov götürülməsinə səbəb olur: “Allahın lütfü ilə Silahlı Qüvvələrimiz müxtəlif meydanlardan başıuca çıxdı. Bunlar Silahlı Qüvvələrin qabaran köksündəki qızıl medallardır”.
Ali Baş Komandan səkkiz illik məcburi müharibənin, sözün həqiqi mənasında, dünya müharibəsi olduğunu dedi: “Silahlı Qüvvələr o çətin imtahanda ölkənin hər qarış torpağını, müqəddəs və əziz İslam dövlətini müdafiə etdi, təcavüzkar Səddamı müdafiə etmək məqsədilə Şərq və Qərbin imperialistlərinin əl-ələ verərək qurduqları planı alt-üst etdi”.
