İslam İnqilabının Aliməqamlı Rəhbəri Böyük Həcc Konqresinə müraciətində indiki dövrdə “vəhdət” və “mənəviyyat” əvvəlkindən daha çox təkəbbürlü qüvvələrin və sionizmin düşmənçiliyinə və təxribatına məruz qaldığını vurğulayıblar.
Əl Aləm telekanalının məlumatına əsasən, Ayətullah Xamenei buyurublar: ABŞ və digər imperialist qüvvələr müsəlmanların birliyinə, islam ümməti və müsəlman xalqların gənc nəslinə, həmçinin şəriət qanunlarına sadiqliyinə qarşı çıxır və var qüvvələri ilə onlara qarşı mübarizə aparırlar.
Aliməqam Rəhbər islam vəhdətinin digər bir cəhətinin islam alimləri arasında xoş niyyət, tolerantlıq, ədalət və müsəlman ölkələrinin elitaları arasında sıx ünsiyyətə əsaslanan dialoq olduğunu vurğulayaraq buyurublar: Vəhdət həm də islam ölkələrində siyasət və mədəniyyətin qabaqcıllarının gələcək dünya nizamının şərtləri ilə tam koordinasiyalı şəkildə qarşılaşmağa hazırllıqlı olmaq, ümmətin yeni qlobal təcrübədə layiqli yerini əldə etməsi və bəzi siyasi durumların acı təcrübəsinin təkrarlanmaması deməkdir.
Həzrət Ayətullahül-üzma Xamenei sonda vurğulayıblar: ABŞ və sionist rejimin pis niyyətli planlarına qarşı durmaq bizim hamımızın, bütün xalqlarımızın və hakimiyyətlərin borcudur.