İslam İnqilabının Rəhbəri Ali Baş Komandan bu gün səhər Silahlı Qüvvələrin hərbi akademiyalarının müdavimlərinin birgə təşkil etdikləri buraxılış tədbirində buyurublar: İslam İnqilabının Rəhbəri vurğuladı ki, 15 mehr şənbə günündən, yəni fələstinli gənclərin şücaətlə qəhrəmanlıq göstərdikləri o gündən sonra sionist rejim artıq əvvəlki rejim deyil: “Bu böyük bəlanın səbəbi sionistlərin öz əməlləridir. Çünki yırtıcı və vəhşi davranışlarınızda həddi aşdığınız zaman “Tufan”ı gözləməlisiniz”.
O qeyd etdi, fələstinli mücahidlərin şücaətli və fədakarcasına fəaliyyətləri işğalçıların uzun illər törətdikləri və son aylarda daha da artırdıqları cinayətlərə cavabdır: “Son hadisənin təqsirkarı məzlum Fələstin xalqına qarşı heç bir yırtıcı davranışı əsirgəməyən qəsbkar rejimə rəhbərlik edən indiki hökumətdir”.
Həzrət Ayətullah Xamenei işğalçı rejimin cinayətkar və çirkin xislətinə işarə edərək dedi: “Heç bir müsəlman xalq yeni tarixdə sionist rejim qədər həyasız və qəddar düşmənlə qarşılaşmamış, Fələstin xalqı qədər təzyiq, mühasirə və çıxılmazlığa məruz qalmamışdır. Yeri gəlmişkən ABŞ və İngiltərə heç bir zülmkar hökuməti qondarma hökumət qədər himayə etməmişdir”.
O, fələstinli kişi, qadın, uşaq və qocaların qətlə yetirilməsinin, Məscidül-Əqsaya qarşı hörmətsizlik edilməsinin, namaz qılanların təpiklə vurulmasının, silahlı qəsəbə sakinlərinin Fələstin xalqının üzərinə salınmasının sionist rejimin cinayətlərindən olduğunu bildirərək belə bir sual ünvanladı: “Neçə minillik tarixi olan qeyrətli Fələstin xalqının bu qədər zülm və cinayətlərin qarşısında “Tufan” yaratmaqdan başqa bir çıxış yolu var idimi?”