QafqazTimes xəbər verir ki, Azərbaycan Respublikası ilə Ermənistan arasında hərbi əməliyyatlara son qoymaq üçün Qafqazda aparılan danışıqlar kontekstində İrəvan və Tbilisi arasında yeni sərhəd körpüsünün açılışı xəbəri yayılıb.
Erməni-Amerika qəzeti “Asbarz” kimi media mənbələri Ermənistan və Gürcüstan arasında nəqliyyatın və tranzitin yaxşılaşdırılması məqsədi ilə iki ölkə sərhədində yeni körpünün rəsmən açıldığını bildirib.

“Dostluq körpüsü” adlandırılan bu sərhəd körpüsünün açılış mərasimində Ermənistan və Gürcüstanın baş nazirləri Nikol Paşinyan və İrakli Qaribaşvili iştirak ediblər.
Məlumatlara görə, Avropa İttifaqı tərəfindən maliyyoələşdirilən bu körpü Ermənistanın Baqratşan bölgəsini Gürcüstanın Sadaxlo rayonu ilə birləşdirəcək. Layihə iki ölkə sərhədində nəqliyyatın hərəkətini əngəlləyən köhnə infrastrukturu yeniləyib.
Bu sərhəd körpüsünün açılış mərasimində Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanla yaxşı və tarixi münasibətlərdən məmnunluğunu ifadə edib və iki ölkə arasında ticarət əlaqələrini daha da gücləndirməyə çağırıb.
O, deyib: “Ermənistan və Gürcüstan arasında ticarət-iqtisadi əlaqələr daha çox potensiala malikdir. Sənaye, kənd təsərrüfatı, əczaçılıq, informasiya və rabitə, nəqliyyat, enerji, turizm və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün ciddi imkanlar var. Aydındır ki, kommunikasiya marşrutları bizə qlobal iqtisadiyyata inteqrasiya etməyə və milli, regional və beynəlxalq səviyyələrdə əlaqəni təmin etməyə imkan verən ticarət əlaqələrinin inkişafı üçün əhəmiyyət kəsb edir.
Paşinyan əlavə edib: “İkitərəfli əməkdaşlıqda nəqliyyat sektorunun prioritetliyi və bir sıra beynəlxalq nəqliyyat təşkilatlarında iştirak bizə imkan verir ki, təkcə Fars körfəzi-Qara dəniz Beynəlxalq Nəqliyyat Dəhlizində deyil, həm də nəqliyyat sektorunda əlaqəni təmin etmək üçün digər layihələrdə də real addımlar ataq.”
