Qafqaztimes xəbər verir ki, sionist “Yediot Ahronot” qəzetinin xəbərinə əsasən sionist rejim üçün ən pis ssenarini İran və Hizbullahın eyni zamanda ikiqat hücumudur. Qəzet qeyd edib ki, təhlükəsizlik xidmətlərinin təxminləri İran və Hizbullahın eyni zamanda hücum ehtimalının azaldığını göstərir.
Ahronot qeyd edib ki, İranın cavabı yüzlərlə raketlə İsrailə hücum etmək şəklində ola bilər.
Bu sionist nəşr daha sonra əlavə edib: İsrail təhlükəsizlik xidmətləri Hizbullahın ilk hücumçu olacağını təxmin edir. Hizbullah Hayfanın cənubunda yerləşən hədəflərə də simvolik hücumlar həyata keçirə bilər.
Ahronot qeyd edib: Hizbullahın hücumu saatlardan bir neçə günə qədər davam edə bilər.
Ahronot qəzeti yazıb: Hizbullahın hücumunun 2006-cı ildə müharibə bitdikdən sonra bu günədək ən böyük hücum olacağı gözlənilir.
Alalam
