Sionist rejimin Yadiut Aharanut qəzeti Həmasla müharibənin bir neçə il sürdüyü təqdirdə belə onları məğlub edə bilməyəcələrini etiraf edib.
Əl Aləm teleknalının məlumatına əsasən, Yadiut Aharanut qəzeti Həmasın Xan Yunus şəhərinə nəzarətinin gücləndiyi və İsrail hərbçilərinin ötən 4 gün ərzində geri çəkilməsi barədə dərc etdiyi materialda Qəzzə müharibəsinin uzun illər çəkdiyi təqdirdə belə qələbə imkanının olmamasından yazıb.
Məlumata görə İsrailin keçmiş zabitlərinin fikrincə unikal şərtlərdə belə Həmas 2026-2027-ci ilə qədər məğlub olmayacaq.
Siyasi analitik Yoav Zeytunun fikrincə İzzəddin Əl Qəssam briqadası ötən 4 gün ərzində Xan Yunus şəhərinin nəzarətini demək olar ki, tamamilə əlinə alıb və bu gedişatla müharibə bir neçə il sürsə belə, Həması məğlub etmək imkansızdır.
Təhlilçinin firinə görə Həmasın hələ istifadə etmədiyi hərbi potensialı çoxdur və yeganə çıxış yolu onları tapmaqdır. Amma bu potesialları öyrənmək də samanlıqda iynə axtarmaq kimidir.